In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player
Joomla! Slideshow
MilliNet
Adobe İllustrator-la ümumi tanışlıq (2. hissə) — Stroke pəncərəsi
Müəllif: Rizvan Bağırlı   
20.01.12 20:49

Adobe İllustrator-la ümumi tanışlıq (2. hissə) — Stroke pəncərəsiİllüstratorla tanışlığımızı davam etdirək. Bu gün də çox istifadə olunan pəncərələrdən biri ilə tanış olacağıq — Stroke (Xətt). Nümunə üzərində Stroke pəncərəsinin ayrı-ayrı hissələrinin nəyə cavab verdiyini izah edib, bu pəncərədən düzgün istifadə üçün lazım olan məıumatı verməyə çalışacam.  

 
Ağ-qara fotonun rənglənməsi — 1-ci hissə
Müəllif: Rizvan Bağırlı   
17.01.12 11:24

Ağ-qara fotonun rənglənməsi — 1-ci hissəPhotoshop həvəskararına ilk maraqlı və çətin görünən işlərdən biri də ağ-qara fotonun rəngliyə çevrilməsidir. Əslində bu iş bir o qədər də çətin deyil. Sadəcə düzgün, təbii görünən rəngi seçib lazım olan hissəyə tətbiq etmək lazımdır. Ağ-qara fotonun rənglənməsində çətinlik insan olan foto ilə işləyərkən meydana çıxır. Dərinin rəngini və tonunu almaq çətin olduğundan nəticə bəzən təbii görünmür. Ona görə də bu materialı iki hissəyə ayırdım — birinci hissədə nisbətən asan fotonun, ikinci hissədə isə insan olan fotonun rənglənməsi prosesinə nəzər salacağıq.

 
Guideguide — Photoshop-da modul torunun (setka) hazırlanması üçün plaqin (plug-in)
Müəllif: Rizvan Bağırlı   
09.01.12 17:55

Guideguide — Photoshop-da modul torunun (setka) hazırlanması üçün plaqin (plug-in)Photoshop-da işləyərkən bəzən proqramın öz alət və funksiyaları yetərli olmur. Bu zaman xüsusi kiçik proqramlar — plaqinlər köməyimizə gələ bilər. Bundan sonra imkan düşdükcə faydalı plaqinlər haqqında materiallar hazırlayıb, sizə təqdim edəcəm. Tanışlıq üçün ilk olaraq GuideGuide plaqinini seçdim.

 
Clipping Mask. Photoshop-da maskalarla iş — 3.cü hissə
Müəllif: Rizvan Bağırlı   
05.01.12 11:32

Clipping MaskPhotoshop-da maskalarla iş mövzusunu davam etdirək. Bu dəfə digərlərindən faydalılığı ilə heç də fərqlənməyən, hətta əksər hallarda daha faydalı olan Clipping Mask haqqında danışacağam. 

 
25 Tipoqrafik poster
Müəllif: Rizvan Bağırlı   
23.12.11 22:06

25 Tipoqrafik posterTipoqrafika dedikdə ümumilikdə, mətnin müəyyən norma və qaydalarla bədii tərtibatı nəzərdə tutulur. Hal-hazırda tipoqrafika qrafik dizaynda günü-gündən daha çox aktuallaşmağa başlayır. İstər çap dizaynı olsun, istərsə də veb dizaynda  tez-tez istifadə olunan böyük ölçülü mətn başlıqları, yalnız mətndən ibarət dizaynlar, müxtəlif formalara salınmış mətn obyektləri və s. buna əyani sübutdur. Aşağıda görəcəyiniz tipoqrafik posterlərdəki metodlardan siz də istifadə edib, maraqlı nəticələr əldə edə bilərsiniz.

 
Adobe İllustrator-la ümumi tanışlıq (1. hissə) — Rəng, Rəng nümunələri və Qradient pəncərələri
Müəllif: Rizvan Bağırlı   
19.12.11 13:07

Adobe İllustrator Color Gradient SwatchesBu gündən başlayaraq daha bir tilsimi sındırmaq qərarına gəldim — azdizayner-də Adobe İllustrator-a həsr olunmuş materiallar hazırlayacam. Ənənəvi olaraq başlanğıcda proqramla ümumi tanış olub, tədricən onu dizayn işlərində tətbiq edəcəyik. Ümid edirəm ki, bu yenilik çoxlarının ürəyincə olacaq. Beləliklə başlayaq...

 
Quick Mask. Photoshop-da maskalarla iş — 2.ci hissə
Müəllif: Rizvan Bağırlı   
17.12.11 12:23

Photoshop-da Quick MaskPhotoshop-da maska mövzusunu davam etdiririk. Bu dəfəki dərsdə Quick Mask rejimi haqqında izahat verib, onun iş prinsipini maraqlı bir nümunə əsasında göstərməyə cəhd edəcəm. Ümid edirəm ki, siz də bəyənəcəksiniz. Beləliklə başlayaq...

 
Photoshop-da maskalarla iş — 1.ci hissə
Müəllif: Rizvan Bağırlı   
05.12.11 14:03

Photoshop-da maskalarla iş — 1.ci hissəƏvvəla onunla başlayaq ki, Photoshop-da maska funksiyasını bilməyən Photoshop-u bilirəm deməsin. Bəlkə bir az sərt alındı, amma bu həqiqətən də belədir. Montaj, rəng korreksiyaları, dizayn işləri bu funksiyanın köməyi olmadan professional səviyyədə icra oluna bilməz. Ona görə də bu gündən başlayaraq maska və Photoshop-un digər əsas elementləri haqqında materiallar hazırlayacam. Digər dizayn dərslərində isə həmin funksiyalardan söz düşdükdə, istifadəçiləri bu dərslərə yönəldəcəm. Çünki çox vaxt dizayn materialı hazırlayanda bütün detalları hər dəfə təkrar etmək mümkün olmur. Yeni istifadəçilər isə materialı tam dərk edə bilmirlər. Beləliklə başlayaq...

 
Futbol-xəbər saytı üçün veb-dizaynın hazırlanması
Müəllif: Rizvan Bağırlı   
30.11.11 13:55

Salam azdizayner oxucusu. Bu günkü mövzuyla veb-dizayn dərslərini davam etdirmək istərdim. Yadınızdadırsa ilk iki dərsdə fotoqraf portfoliosu və konsaltinq şirkəti üçün sayt dizaynı hazırlamışdıq. Bu dəfə isə son vaxtlar bizdə çox populyar olan futbol-xəbər saytı üçün dizayn hazırlayacağıq. Başlayaq...Salam azdizayner oxucusu. Bu günkü mövzuyla veb-dizayn dərslərini davam etdirmək istərdim. Yadınızdadırsa ilk iki dərsdə fotoqraf portfoliosu və konsaltinq şirkəti üçün sayt dizaynı hazırlamışdıq. Bu dəfə isə son vaxtlar bizdə çox populyar olan futbol-xəbər saytı üçün dizayn hazırlayacağıq. Başlayaq...

 
Konsaltinq şirkəti üçün veb-sayt dizaynı
Müəllif: Rizvan Bağırlı   
28.11.11 12:18

Konsaltinq şirkəti üçün veb-sayt dizaynıBu gün veb-dizayn silsiləsindən daha bir materialı sizin öhdənizə verirəm. Əvvəlki mövzuda sadə portfolio hazırlamışdıqsa, bu dəfəki dizaynın quruluşu ona nəzərən nisbətən mürəkkəb olacaq. Tutaq ki, bizə hansısa bir konsaltinq şirkəti üçün veb maketin dizaynını hazırlamaq tapşırığı verilib. Bu tapşırığı yerinə yetirərkən aşağıdakı işləri görmüş olacağıq. Başlayaq...

 
Foto-kollaj — "Azadlıq abidəsi Parisdə"
Müəllif: Rizvan Bağırlı   
23.11.11 12:01

Foto-kollaj — "Azadlıq abidəsi Parisdə"

Bu günkü materialda sadə, kreativ foto-kollajın hazırlanmasının hansı mərhələlərdə həyata keçirildiyi ilə tanış olaq. Ümumiyyətlə kollaj üçün bir neçə əsas mərhələləni qeyd etmək vacibdir — ilk olaraq ideya olmalıdır. İdeya olmadan işə başlamağa dəyməz. Sonra ideya üçün tələb olunan fotoları tapıb, lazımi formada kəsib, təmizləyirik. İlkin kollajı hazırlaylb, detallarla işləyib, sonda rəng korreksiyası ilə işi tamamlayırıq.

 
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>