| Quick Mask. Photoshop-da maskalarla iş — 2.ci hissə |
| Müəllif: Rizvan Bağırlı |
| 17.12.11 12:23 |
|
Photoshop-da maska mövzusunu davam etdiririk. Bu dəfəki dərsdə Quick Mask rejimi haqqında izahat verib, onun iş prinsipini maraqlı bir nümunə əsasında göstərməyə cəhd edəcəm. Ümid edirəm ki, siz də bəyənəcəksiniz. Beləliklə başlayaq... Bu fotoya diqqətlə nəzər salsaq görərik ki, su olan hissədə rənglər və kontrast normal olsa da, meşə və səma hissəsi açıqdır — rənglər solğun, kontrastsız görünür. Bu gün Quick Mask vasitəsilə yalnız bizə lazım olan hissələri qeyd edib, rəng korreksiyası verməklə bu faydalı maskalamanın prinsipini izah edəcəm.
İlk olaraq Toolbars-dan (Alətlər Panelindən) Quick Mask düyməsini basmaqla rejimi dəyişirik. Sonradan eyni düyməni təkrar basmaqla adi rejimə qyıda bilərsiniz. P.S. Daha sürətli işləmək üçün sadəcə klaviaturanın "Q" düyməsini basmaq lazımdır.
İndi işə başlamaq olar. İlk olaraq Brush Tool alətini aktivləşdiririk.
Sonra bizə lazım olacaq yerləri saxlayıb, digər sahələri rəngləyirik. Rənglənən sahələr qırmızı rənngdə olacaq. Adi maskadan fərqli olaraq, Quick Mask-da boyama zamanı əsas rəng qara deyil, qırmızı olur.
Lazımi yerləri boyadıqdan sonra Quick Mask rejimindən, adi rejimə qayıdırıq. Bunun üçün yuxarıda izah etdiyim düyməni təkrar klik etmək və ya sadəcə "Q" düyməsini basmaq lazımdır. Bu zaman maskalanan yerlərdən kənarda qalan zonalar seçilmiş olacaq.
İndi Levels (Ctrl+L) funksiyasına müraciət edib, qeyd olunmuş yerlərin kontrastını düzəldək.
Səmanı daha nəzərəçarpan etmək üçün həmin hissəni saxlayıb, təkrar Qiuck Mask (Q) rejimində digər yerləri maskalayıram.
Rejimi dəyişib, səmanın qeyd olunduğuna əmin oluram.
Curves (Ctrl+M) vasitəsilə səmanın tündlüyünü artırıram.
Fotonun ümumi balansını tənzimləyib,
son görünüşə nəzər salaq.
Fotonun əvvəlki və sonrakı vəziyyətini müqayisə edib, Quick Mask-ın bizə necə faydası olduğunun bir daha şahidi oluruq )).
Bu günlük də bu qədər... Hələlik.
Oxşar mövzular
|































Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.