|
Müəllif: Rizvan Bağırlı
|
|
03.02.12 11:32 |
|

Photoshop-da korreksiyedici rəng maskalarından istifadə haqqında artıq bir dəfə söz açmışdım. Lakin iki, hətta üç səbəbə görə bu mövzuya təkrar qayıtmaq istədim. Əvvəla Photoshop-da maskalar mövzusunu silsilə olaraq davam etdirmək üçün bu mövzunun da bir daha öyrənilməsi qaçılmaz idi. İkincisi ona görə ki, rəng maskaları profesional iş üçün ən vacib elementlərdən biridir. Bu mövzunu mükəmməl bilən insan dizayn və foto-montaj işini texniki cəhətdən yüksək səviyyədə görə biləcək. Üçüncü səbəbin isə özünəməxsus yeri var: dizayner olaraq işlədiyim ilk iş yerimdə, mətbəədə bəzən köməkçi dizaynerə ehtiyac olurdu...
|
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
17.01.12 11:24 |
|
Photoshop həvəskararına ilk maraqlı və çətin görünən işlərdən biri də ağ-qara fotonun rəngliyə çevrilməsidir. Əslində bu iş bir o qədər də çətin deyil. Sadəcə düzgün, təbii görünən rəngi seçib lazım olan hissəyə tətbiq etmək lazımdır. Ağ-qara fotonun rənglənməsində çətinlik insan olan foto ilə işləyərkən meydana çıxır. Dərinin rəngini və tonunu almaq çətin olduğundan nəticə bəzən təbii görünmür. Ona görə də bu materialı iki hissəyə ayırdım — birinci hissədə nisbətən asan fotonun, ikinci hissədə isə insan olan fotonun rənglənməsi prosesinə nəzər salacağıq.
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
09.01.12 17:55 |
|
Photoshop-da işləyərkən bəzən proqramın öz alət və funksiyaları yetərli olmur. Bu zaman xüsusi kiçik proqramlar — plaqinlər köməyimizə gələ bilər. Bundan sonra imkan düşdükcə faydalı plaqinlər haqqında materiallar hazırlayıb, sizə təqdim edəcəm. Tanışlıq üçün ilk olaraq GuideGuide plaqinini seçdim.
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
05.01.12 11:32 |
|
Photoshop-da maskalarla iş mövzusunu davam etdirək. Bu dəfə digərlərindən faydalılığı ilə heç də fərqlənməyən, hətta əksər hallarda daha faydalı olan Clipping Mask haqqında danışacağam.
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
17.12.11 12:23 |
|
Photoshop-da maska mövzusunu davam etdiririk. Bu dəfəki dərsdə Quick Mask rejimi haqqında izahat verib, onun iş prinsipini maraqlı bir nümunə əsasında göstərməyə cəhd edəcəm. Ümid edirəm ki, siz də bəyənəcəksiniz. Beləliklə başlayaq...
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
05.12.11 14:03 |
|
Əvvəla onunla başlayaq ki, Photoshop-da maska funksiyasını bilməyən Photoshop-u bilirəm deməsin. Bəlkə bir az sərt alındı, amma bu həqiqətən də belədir. Montaj, rəng korreksiyaları, dizayn işləri bu funksiyanın köməyi olmadan professional səviyyədə icra oluna bilməz. Ona görə də bu gündən başlayaraq maska və Photoshop-un digər əsas elementləri haqqında materiallar hazırlayacam. Digər dizayn dərslərində isə həmin funksiyalardan söz düşdükdə, istifadəçiləri bu dərslərə yönəldəcəm. Çünki çox vaxt dizayn materialı hazırlayanda bütün detalları hər dəfə təkrar etmək mümkün olmur. Yeni istifadəçilər isə materialı tam dərk edə bilmirlər. Beləliklə başlayaq...
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
30.11.11 13:55 |
|
Salam azdizayner oxucusu. Bu günkü mövzuyla veb-dizayn dərslərini davam etdirmək istərdim. Yadınızdadırsa ilk iki dərsdə fotoqraf portfoliosu və konsaltinq şirkəti üçün sayt dizaynı hazırlamışdıq. Bu dəfə isə son vaxtlar bizdə çox populyar olan futbol-xəbər saytı üçün dizayn hazırlayacağıq. Başlayaq...
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
28.11.11 12:18 |
|
Bu gün veb-dizayn silsiləsindən daha bir materialı sizin öhdənizə verirəm. Əvvəlki mövzuda sadə portfolio hazırlamışdıqsa, bu dəfəki dizaynın quruluşu ona nəzərən nisbətən mürəkkəb olacaq. Tutaq ki, bizə hansısa bir konsaltinq şirkəti üçün veb maketin dizaynını hazırlamaq tapşırığı verilib. Bu tapşırığı yerinə yetirərkən aşağıdakı işləri görmüş olacağıq. Başlayaq...
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
23.11.11 12:01 |
|

Bu günkü materialda sadə, kreativ foto-kollajın hazırlanmasının hansı mərhələlərdə həyata keçirildiyi ilə tanış olaq. Ümumiyyətlə kollaj üçün bir neçə əsas mərhələləni qeyd etmək vacibdir — ilk olaraq ideya olmalıdır. İdeya olmadan işə başlamağa dəyməz. Sonra ideya üçün tələb olunan fotoları tapıb, lazımi formada kəsib, təmizləyirik. İlkin kollajı hazırlaylb, detallarla işləyib, sonda rəng korreksiyası ilə işi tamamlayırıq.
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
11.10.11 10:53 |
|
Gəlin bu gün əksər profesional fotoqrafların xoşlamadığı bir işlə məşğul olaq — aşağıda gördüyünüz gözəl fotonu emal edib, "sehirli" rəng tonuna salaq. Bu formada emal olunmuş "qeyri-real" fotoları sonradan poster, jurnal reklamı, flayer və s. çap reklam dizaynlarında istifadə edə bilərsiniz. Beləliklə, başlayaq...
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
12.09.11 14:38 |
|
İxtisasca fizik olan Andrjey Draqan fotoqrafiya dünyasında ən məşhur isimlərdən biridir. 1978-ci ildə doğulan Draqan 2003-cü ilə kimi fizik kimi fəaliyyət göstərsə də, sonradan fotoqrafiya onu özünə cəlb edir və qısa zamanda fotoqraf kimi populyarlaşmağa başlayır. Polşalı fotoqrafa özünəməxsus foto-emal üsulları məşhurluq qazanmışdır. Draqan effekti adlanan bu emal metodunu bu günkü yazıda, adi, emal olunmamış fotonun üzərində göstərəcəm.
|
|
|
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 Növbəti > Axırıncı >>
|
|
|