| Ağ-qara fotonun rənglənməsi — 1-ci hissə |
| Müəllif: Rizvan Bağırlı |
| 17.01.12 11:24 |
|
Photoshop həvəskararına ilk maraqlı və çətin görünən işlərdən biri də ağ-qara fotonun rəngliyə çevrilməsidir. Əslində bu iş bir o qədər də çətin deyil. Sadəcə düzgün, təbii görünən rəngi seçib lazım olan hissəyə tətbiq etmək lazımdır. Ağ-qara fotonun rənglənməsində çətinlik insan olan foto ilə işləyərkən meydana çıxır. Dərinin rəngini və tonunu almaq çətin olduğundan nəticə bəzən təbii görünmür. Ona görə də bu materialı iki hissəyə ayırdım — birinci hissədə nisbətən asan fotonun, ikinci hissədə isə insan olan fotonun rənglənməsi prosesinə nəzər salacağıq. Bu günkü iş üçün aşağıdakı fotonu seçdim. Gördüyünüz kimi foto bir o qədər də mürəkkəb deyil. Rəng olaraq bu fotonu üç hissəyə bölmək olar — gülün yerləşdiyi foto, çiçəklər olan hissə, gövdə və yarpaqlar olan hissə.
İlk olaraq fonu rəngləyək. Layers (F7) pəncərəsində yeni qat yaradıb, rejimi Normal-dan Color-a dəyişək.
Gül adi səma fonunda yerləşdiyindən, göy rəngi seçib bütün qatı rəngləyək.
Sonra bizə lazım olmayan hissələri maskalayaq.
Daha bir qat yaradıb, yenə Color rejiminə çevirək. Qeyd: Photoshop-da işin asan olması üçün qatlara məntiqli adların qoyulması məsləhətdir.
"Cicekler" qatını aktiv saxlamaqla çəhrayı rəngi seçib, çiçəkləri rəngləyirik. Rəngləyərəkən kənara çıxan hissələri sonradan səliqə ilə maskalamaq olar.
Sonda eyni qayda ilə yarpaqları və gövdəni yaşıl rənglə rəngləyirik.
Bu da məndə Layers pəncərəsinin son görünüşü.
Rənglərin təbii görünməsi üçün sonda Color Balance vasitəsilə yüngül rəng korreksiyası etdim.
Fotonu bu formada da saxlamaq olardı. Amma yoxlamaq üçün güllər olan qatı qeyd edib, Hue/Saturation (Ctrl+U) vasitəsilə rəngi fərqli etmək qərarına gəldim.
Nəticədə daha təbii rənglər alındı.
Fotonun bəzi hissələrində rənglər az da olsa obyektlərdən kənara çıxıb. Foto tez hazır olsun deyə bəzən səliqəli maskalaya bilmədim. Daha təbii nəticə üçün daha ehtiyyatlı maskalamaq tələb olunur. Bu günlük bu qədər, hələlik... Oxşar mövzular
|






























Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.