Dizaynerlər üçün "Kerninq oyunu"
Müəllif: Rizvan Bağırlı   
13.10.11 11:35

Dizaynerlər üçün "Kerninq oyunu"İnternetdə rast gəldiyim maraqlı bir resursu sizinlə paylaşmaq istərdim. http://type.method.ac/ — ünvanına daxil olmaqla "tipoqrafik dəqiqliyinizi" test edə bilərsiniz. Bu oyunda verilmiş sözlərin kerninqini düzəltmək tələb olunur. Qeyd edim ki, kerninq sözün hərfləri arasındakı məsafələrin düzəliş olunmasıdır. Trekinqdən fərqli olaraq kerninqdə bu məsafələr avtomatik verilmir, bir-bir əl ilə düzəldilir. Bu əməliyyat əsasən loqo dizaynı zamanı lazım olur. 

 
azdizayner yeniləndi
Müəllif: Rizvan Bağırlı   
29.09.11 16:48

azdizayner yeniləndiBir müddət əvvəl sayt üçün dizayn hazırlamışdım. İki rəng versiyasında oxucuların təqdimatına çıxardığım maketin biri göy rəng çalarında, digəri isə açıq yaşıl rəngdə idi. Facebook səhifəsində bir o qədər də aktiv olmayan müzakirə və səsvermənin sonunda birinci versiya dəstək qazandı. Bu gün dizaynın sayta adaptasiya olunması prosesi əsasən başa çatdı. Saytın təkmilləşdirilməsi bundan sonra da davam edəcək. Hələliksə növbə saytın sisteminin və materialların aktivləşdirilməsinindir.

 
5 Pulsuz şrift yükləmə saytı
Müəllif: Rizvan Bağırlı   
18.04.11 11:27

5 Pulsuz şrift yükləmə saytıSalam! Saytda baş verən müvəqqəti fasilələrə görə üzr istəyirəm. Qısa zamanda dərc olunan dərs materiallarının ardı davam edəcək. Bu günlük isə hər kəsə maraqlı olan şrift saytlarının bir neçəsinin ünvanını sizə təqdim edəcəm. Çünki saytda istifadəçilər tərəfindən tez-tez şriftlərin necə və haradan yükləmək mümkün olduğu soruşulur. Qeyd edək ki, saytımızda bu tipli saytlardan ən güclüsü sayılan Dafont haqqında material artıq dərc olunub.  

 
azdizayner.com — uğurlu 2010-cu ilin yekunları
Müəllif: Rizvan Bağırlı   
30.12.10 09:05

azdizayner.com — uğurlu 2011-ci ilin yekunlarıQeyri-müəyyən uzunluğu olan ömrümüzün daha bir illik zaman kəsiyini arxada qoymaq üzrəyik. İnsanın üzərinə düşən isə bu zamanı israf etməyib, ömrü faydalı işlərə sərf etməkdir. Çünki geriyə dönüb baxanda etdiyimiz əməllər bizi utandırmasın, təəssüf hissi yaşatmasın. Bu prinsipləri əldə tutub, saytımız vasitəsilə insanımıza, ölkəmizə faydalı olmaq istədik. İnşaAllah bu yolla da imkan olduqca asta-asta irəliləyəcəyik. Gəlin birgə bu il ərzində hələ 1 yaşı tamam olmayan azdizayner.com-un yazdığı "səhifələrə" ötəri nəzər salaq.

 
azdizayner.com "MilliNet 2010" milli internet müsabiqəsinin qalibi oldu
Müəllif: Rizvan Bağırlı   
05.12.10 17:56

azdizayner.com "MilliNet 2010" milli internet müsabiqəsinin qalibi oldu.04 dekabr tarixində Ambassador otelində baş tutan "MilliNet 2010" milli internet müsabiqəsinin yekunları açıqlandı. azdizayner.com saytı da Bloqlar nominasiyasında finalçılar arasında idi. Və səsvermənin nəticələri açıqlandıqdan sonra bizim bloq bu nominasiyanın qalibi elan olundu.

 
azdizayner.com "Milli Net"-in finalında
Müəllif: Rizvan Bağırlı   
24.11.10 16:34

azdizayner.com "Milli Net"-in finalındaazdizayner.com "Milli Net - Milli İnternet Mükafatı" müsabiqəsinin finalçısı oldu.
 
Saytımızın "Sual-Cavab" bölməsi fəaliyyətə başladı
Müəllif: Rizvan Bağırlı   
08.10.10 17:09

sual

Oxucuların istəklərərini nəzərə alıb saytımızda yeni bölməni istifadəyə veririk. Bundan sonra hər bir Qeydiyyatdan keçmiş istifadəçi  saytın uyğun bölməsindən Corel Draw, Adobe Photoshop, Dizaynla bağlı istədiyi sualı verib, qısa zamanda ona ətraflı cavab ala biləcək.

Adobe İndesign və Illustrator kimi proqramlar saytımızın əhatə dairəsinə daxil olmasa da, bacardıqca bu mövzulara aid sualları da cavabsız qoymayacağıq. Bilikli istifadəçilərimizi isə yeni başlayanlara bu işdə kömək etməyə çağırıram.

 
“Biz yalnız qeyd edirik!” – QEYD.AZ saytının administratoru Rəvanla müsahibə
Müəllif: Rizvan Bağırlı   
23.08.10 08:50

“Biz yalnız qeyd edirik!” – QEYD.AZ saytının administratoru Rəvanla müsahibəAznetin maraqlı və orijinal resurslarından olan qeyd.az saytı bu yaxınlarda bir yaşını qeyd etdi. Saytın dizayn və yaradıcılıqla birbaşa bağlılığını nəzərə alıb dostum, qeyd.az bloqunun "baş müəllifi" Rəvandan müsahibə aldım. Buyurun, bu maraqlı materialı siz də oxuyun...

 
Əziz müsəlmanlar, Ramazan ayınız mübarək!
Müəllif: Rizvan Bağırlı   
11.08.10 08:19

Əziz müsəlmanlar, Ramazan ayınız mübarək!Əziz müsəlman bacı və qardaşlarımız, Ramazan ayınız mübarək!

 
Bu da son?!...
Müəllif: Rizvan Bağırlı   
02.08.10 15:01

bu da sonYox, yox yazının adı sizi qorxutmasın! )) Bu nə saytın fəlaiyyətinin sonuna, nə də hansısa uğursuzluğa işarə deyil. Tam tərsinə...

 
Dafont.com – çox faydalı şrift yükləmə saytı
Müəllif: Rizvan Bağırlı   
28.05.10 23:23

prevİstər dizayner olsun, istər adi kompyuter istifadəçisi hər kəs şriftlə bu və ya digər dərəcədə maraqlanır. Xüsusən ilk dizayn cəhdlərini edən istənilən şəxs birinci olaraq yazdığı yazıların şriftləri ilə oynamağa başlayır. Ona görə də kimdən gəldi, hardan oldu kompyuterin yaddaşına şrift yazmağa başlayır...

 
<< Başlamaq < Əvvəlki 1 2 Növbəti > Axırıncı >>